Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Naxçıvanda Dövlət Sığorta Xidməti ləğv edilib

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs ləğv edilib.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov mayın 3-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …