Bazar , 11 Yanvar 2026
Drone Cameras

Naxçıvanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri, eyni zamanda ekologiya könüllüləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarındakı 2 hektar ərazidə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya zamanı 1500 badam tingi və 600 üzüm kolu əkilib.

Gün ərzində Muxtar Respublikada ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyasında 19 mindən artıq sakin iştirak edib, 40 min meyvə və meşə tingi əkilib.

Check Also

Bakıya qar yağacağı tarix açıqlandı

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq. Yanvarın 16-dan etibarən …