Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Naxçıvanda işləməklə bağlı iddiam yoxdur. Həvəsim Xankəndidə işləməyədir…

Son vaxtlar Naxçıvanla bağlı, xüsusilə də jurnalistika sahəsində reallaşan bəzi təyinatlar diqqətimi çəkir. Həmin vəzifələrə Bakıda yaşayan və əslən Naxçıvandan olmayan, əsasən də xanım həmkarlarımız təyinat alır. Hər birini ürəkdən təbrik edirəm.

Xahiş edirəm, mənim bu təsfirim əsla regional ayrıseçkilik salmaq kimi yozulmasın. Naxçıvan hər bir azərbaycanlının doğma vətənidir və hər kəsin orada: yaşamaq, gəzmək, hətta işləmək hüququ var. Ancaq diqqət çəkən məqam odur ki, bu təyinatlarla bağlı vəzifə maaşlarını araşdıranda qəribə mənzərə ortaya çıxır.

Yeni kadrların əslən həmin regiondan olmadığlnı ona görə xüsusi vurğuladım ki, bu adamların orada evləri olmadığı üçün mütləq mənada kirayə ev tutub yaşamağa məcburdurlar. Ayda heç olmasa bir dəfə doğmalarının yanına gəlib-getməyi də nəzərə alsaq, onda həmkarlarımızın alacağı əmək haqqının böyük hissəsi kirayə və yol puluna sərf ediləcək.

Maraqlıdır, onda isə həmkarlarımızı bu təyinatlarla razılaşmağa hansı və bizim bilmədiyimiz stimullaşdırıcı amillər sövq edə bilir? Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, Naxçıvanda bu vəzifələrin öhdəsindən gəlməyə layiq olan və həvəslə bu təklifləri qəbul edəcək çoxlu sayda peşəkar jurnalistlər ola-ola , niyə bu vəzifələr onlara təklif olunmur? Qabaqcadan deyim ki, mənim Naxçıvanda işləməklə bağlı iddiam yoxdur. Həvəsim Xankəndidə işləməyədir…

Məhəmmədəli Qəribli

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …