8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 20 məhdud görmə qabiliyyətli və 1 çoxuşaqlı qadının evində əlamətdar gün münasibətilə görüşlər keçirilib.
Boyukmillet.com xəbər verir ki, görüşlərdə ölkəmizdə sağlamlıq imanları məhdud şəxslərin sosial müdafiəsi, sağlamlıqlarının qorunması istiqamətində görülən işlərdən söhbət açılıb.
Vurğulanıb ki, muxtar respublikada da bu kateqoriyadan şəxslərin, o cümlədən qadınların sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir, göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsi ilbəil yüksəldilir, sağlamlıq imkanları məhdud şəxslərə müvafiq təqaüd və sosial müavinətlər verilir.
Sonra sağlamlıq imkanları məhdud qadınlara bayram hədiyyələri təqdim olunub.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.