Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Naxçıvanda toylarla bağlı yayılan məlumat yalan və gəvəzəlikdir – Rəsmi

Boyukmillet.com xəbər verir ki, internet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılmışdır.


Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır və gəvəzəlikdir. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcəkdir.

Check Also

Azərbaycanda maaşların və sosial ödənişlərin verilməsi ilə bağlı YENİLİK

Müavinətləri istənilən bankdan almaq mümkün olacaq. Müavinətləri istənilən bank vasitəsilə ala bilməsi üçün bank seçimində …