Bazar , 19 May 2024
Drone Cameras

Naxçıvanda vətəndaş ACLIQ HƏDDİNDƏ – GİLEY

Naxçıvan şəhəri, Cəhri kənd sakini Mehrəliyeva Gülər Sultan qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Sosial Müdafiə Fondundan narazılığını bildirir:

“Mən, Mehrəliyeva Gülər Sultan qızı, yazaraq diqqətinizə çatdırıram ki, dəfələrlə sosial yardımla əlaqədar müraciətlər etsəm də, sorğum cavabsız qalıb. İş verən yoxdur, başqa gəlir yerim də yoxdur. Deyirlər ki, mütləq iş yeri olmalıdır. Amma heç kəs mənə iş vermir.

Əvvəllər 70 manat sosial yardım alırdım, sonradan işsizəm deyə kəsildi.

Ali Məclisə şikayət etdim, bildirdim ki, iş yeri deyin, gedim işləyim, mənim də aylıq gəlirim olsun. Mənə deyirlər ki, iş düzəldəcəyik. 10 aydır iş vermirlər.

Kommunal xərclərimi ödəyə bilmirəm. Borclarım çoxdur, məni də başa düşün.

Mənim bu şikayətimi səsləndirin, işıqlandırın, bəlkə mənə bir iş verən ola. Həyat yoldaşım, heç kimsəm yoxdur. Evimə su gəlmir, şikayət etdim, dedilər ki, dövlətin büdcəsi imkan vermir sənə su çəkək. Əkin-biçin etməyə də gücüm, imkanım yoxdur. Evdə yeməyim, içməyim yoxdur, çox acınacaqlı vəziyyətdəyəm”.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …