Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvanda yaşayan uşaqların sayı açıqlanıb

Bu gün Naxçıvan Muxtar Respublikası əhalisinin 36 faizi və ya 165 min 740 nəfəri uşaqdır. Bunlardan 1 909-u sağlamlıq imkanları məhdud, 65-i hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum, 55-i şəhid uşaqlarıdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Ötən il və cari il ərzində muxtar respublikada Komitə tərəfindən valideyn himayəsindən məhrum olmuş 30 uşağın yaşadığı ünvanlarda monitorinqlər keçirilib. Bu dövr ərzində 2 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 24 uşaq isə qəyyumluq və ya himayəyə verilib ki, hazırda muxtar respublikada 65 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq var.

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərində 56, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında 37 uşaq olmaqla, ümumilikdə, ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 992 uşaq təhsil alır ki, bu da məktəbyaşlı sağlamlıq imkanı məhdud olan uşaqların 60,45 faizi deməkdir. Əlavə olaraq Distant Tədris Mərkəzində 15 uşaq olmaqla onların 3-ü birinci sinifdə, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, məktəbdənkənar müəssisələrin dərnəklərində 169, məktəbdənkənar müəssisələrdə təşkil olunan müxtəlif kurslarda isə 63, şahmat məktəblərində 60, idman məktəblərində 166, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 80 sağlamlıq imkanları məhdud uşaq təhsil alır.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …