Bazar , 19 May 2024
Drone Cameras

Naxçıvanın İqtisadiyyat Nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinininternet səhifəsi “gov.az” zonasına köçürülüb.

Boyukmillet.com xəbər verir ki, nazirliyin mühəndis-proqramçılarının hazırladığı İqtisadiyyat Nazirliyinin elektron informasiya resursu neconomy.gov.az domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.

Saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də müvafiq işlər görülüb.

Yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə ([email protected]) təmin edilib.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …