Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Naxçıvanın taleyini həll edən sazişin videosu ilk dəfə yayıldı – VİDEO

1921-ci ildə Türkiyə ilə Rusiya arasında imzalanan Moskva müqaviləsinin və ya “Dostluq və qardaşlıq haqqında” müqavilənin 100-cü ildönümü qeyd olunur.

Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar illərdir Rusiya Dövlət Arxivində saxlanılan müqavilənin imzalanması görüntüləri ilk dəfə tirajlanıb.

Qeyd edək ki, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması barədə razılıq ilk dəfə Moskva müqaviləsində əksini tapıb. Danışıqlarda Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski də iştirak edib.

Bir əsr boyunca yalnız bir foto ilə tanınan həmin tarixi anın görüntülərini təqdim edirik:

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …