Bazar , 8 Fevral 2026
Drone Cameras

Nazir: “Azərbaycan və Rumıniya arasında enerji əməkdaşlığı ümum-Avropa miqyası qazanır”

“Azərbaycan və Rumıniya arasında enerji əməkdaşlığı şaxələnməklə yanaşı, ümum-Avropa miqyası qazanır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rumıniyanın Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.

“İki ölkə arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 48 faiz artaraq 526 milyon dollar olub. Burada 56,5 faiz pay xam neft və neft məhsullarına məxsusdur. Azərbaycan uzun illərdir Rumıniyaya xam neft ixrac edir. SOCAR-ın Rumıniyada genişlənən fəaliyyəti, 28 regionunda 74 yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu ikitərəfli faydalı enerji əlaqələrinin göstəricisidir”, – nazir əlavə edib.

Check Also

Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci …