Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Nazir: “Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”

“Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən sammitində iştirak edən Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq deyib.

Nazir son bir ildə ölkələr arasında ticarət dövriyyəsinin 3 dəfə artdığını da qeyd edib.

O əlavə edib ki, neft və təbii qaz sektoru əməkdaşlığın əsas sahəsidir.

İqtisadiyyat naziri həmçinin xatırladıb ki, Azərbaycan düyü tədarükündə Pakistan üçün xüsusi gömrük şərtləri təqdim edib.

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Pakistandan Azərbaycana gətirilən düyü 15 % gömrük rüsumundan azad edilib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …