Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Nazir: “Qarabağda aşkarlanan meyit qalıqlarının müayinəsinə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub”

“Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə vətəndaşımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi davam edir”.

Boyukmillet.com xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev eyib.

Onun sözlərinə görə, müayinələrdə müasir tibbi avadanlıqdan istifadə olunur: “Prosesə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub. Yəqin ki, bu barədə proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib.

Check Also

Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək

Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər …