Cümə axşamı , 2 May 2024
Drone Cameras

Nazir Vilayət Eyvazovun sədaqəti, QHT Agentliyinin namərdliyi

Son iki gündə  Qəbələdə azyaşlıya qarşı polisin əməli  ölkə gündəmini zəbt etdi. Nazir Vilayət Eyvazov həmişə olduğu kimi dövlətə sədaqətini göstərdi. Beləliklə polis əməkdaşı sıralardan qovuldu. Bu olayla bağlı artıq müxtəlif rəylər ictimailəşdirilir.  Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı da sosial şəbəkə hesabında məsələyə münasibət bildirib:

Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvü olaraq nazir cənab Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Müxtəlif olaylarda cənab nazirin ötkəmliyinin, cənab Prezidentə sədaqətinin şahidi olmuşuq. Qəbələ olayı da buna misal oldu.

Bu gün qanunu pozan, korrupsiya əməli ilə məşğul olan hər kəs cəzalanmalıdır. Bunu ölkə Prezidenti cənab İlham Əliyev bir nömrəli məsələ kimi ortaya qoyub. Bu cəza edilmirsə insanların dövlətə inamı azalır. Dövlətin dayaqları zəifləyir. Ölkə Prezidentinin apardığı siyasət iflasa uğrayır.

Lakin təəssüf hissi ilə qeyd edək ki, qanunçuluğun keşiyində duracaq, insanları buna təşviq edəcək, ictimai rəyə təsir imkanlarına malik olan Vətəndaş Cəmiyyətində qorxunc olaylar baş verir ki, bu bir başa cənab İlham Əliyevin siyasi kursuna zərbədir.

Aylardan bəri QHT Agentliyində baş verən qanuna zidd , korrupsiya əməlləri ifşa edildikcə bizə qarşı sərt addımlar, trollar, media vasitəsi ilə təhqirlər başladı, şərəf və ləyaqətimizi ləkələmək istədilər. Bu aşağılayıcı hərəkətlər təkcə 5-6 nəfərə qarşı deyil.Ümumilikdə bütün QHT sektoruna yönəlib. Necə ola bilir ki, adi bir məişət olayını ictimailəşdirən media , QHT sektorunda, QHT Agentliyində, şəxsən İcraçı direktor Aygün Əliyevadan bir kəlmə yazmır. Bu başqa mətləblərdən xəbər verir.”Yazmayın”əmrini kim verib??? Böyük suallar ortaya çıxır: Ya səni kimsə çox böyük əl tapşırır və arxayınsan. Ya da bir yerdə bölürsüz!!!

İnanıram ki, cənab Prezident İlham Əliyevə sədaqətli şəxslər QHT Agentliyində baş verən biyabırçılıq, böyük korrupsiya olaylarından məlumat verəcəklər!

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …