Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Nazir: “Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”

“Rusiya Prezidenti Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Avstriyanın Avropa İttifaqı və hökumətdə konstitusiya işləri üzrə naziri Karoline Edtştadler “Tagesspiegel”ə müsahibəsində bildirib.

O deyib ki, Avstriya beynəlxalq hüquqa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək: “Mən mülki məsələlər üzrə cinayət işləri üzrə hakimi olmuşam. Həbs qərarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilməsi o deməkdir ki, əgər Rusiya Prezidenti Vladimir Putin Avstriya torpağına ayaq basarsa, həbs edilməlidir”.

Qeyd edək ki, bu il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi V.Putinin həbsinə order verib. Buna cavab olaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Haaqa Məhkəməsinə raket zərbəsi endirməklə hədələyib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …