“Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən ailə məfhumuna nikah prizmasından baxılmır. Yəni bir evdə neçə nəfər yaşayırsa, o da ailənin tərkib hissəsi sayılır”.
Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
O bildirib ki, bəzən ÜDSY üçün müraciət edilən zaman ailə tərkibi düzgün göstərilmir və bu da imtina hallarının 25-30%-ni təşkil edir: “Bundan başqa, misal olaraq, bir həyətdə bir neçə ev varsa və ÜDSY gəlir və xərc sistemi əsasında təyin edildiyindən bir həyətdə yaşayan ailələr eyni sayğaclardan istifadə edirsə xərclər bir götürülür. Yəni, bir həyətdə yaşayan bütün ailələr hamısı ÜDSY üçün dəyərləndirilir. Əgər fərdi şəkildə yardım almaq istəyirlərsə sayğaclar ayrılmalıdır”.