Cümə , 29 Mart 2024
Drone Cameras

Nefçala rayonunda şəhid ailələri üçün tədbir keçirilib

23 may 2022- ci il tarixdə Neftçala şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan“Həssas ailələrə dəstək” layihəsinin yekun tədbiri keçirildi.

Tədbirdə Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvləri, Neftçala rayon İcra Hakimiyyətindən baş-məsləhətçi Gövhər Məmmədova, YAP Neftçala rayon təşkilatının nümayəndələri Cavad Mirzəyev, Sona Haxıyeva, Təhsil Şöbəsi tərəfindən Ülviyyə Abdullayeva, ATİAHİ Neftçala Rayon Komitəsindən Asudə Cəfərova, Mədəniyyət şöbəsindən Gülər Mirzəyeva, Gündoğar qəzetindən redaktor Bədirə Niftalıyeva, Gənclər və İdman İdarəsindən Nazim Dadaşov, layihənin Psixoloqu Elmira Mirzəyeva, işçi qrupunun üzvü Firuzə Ağayeva iştirak etdilər.

“Qürur mənbəyimiz” adlanan tədbirdə çıxışlarla bərabər vətənpərvərlik ruhunda Neftçala rayon Humanitar Təmayüllü Muğan Liseyinin şagirdləri tərəfindən söylənən şeirlər, Süleyman Ruqiyev və Sahil Abdullayevin ifasında səslənən musiqilər ruh yüksəkliyinin aşılanmasına xidmət etdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …