Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Neft cüzi bahalaşıb

Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neft qiymətləri cüzi artıb.

Boyukmillet.com xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,07% bahalaşaraq, 1 bareli 99,53 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,35% artıb və 1 bareli 95,31 ABŞ dolları təşkil edib.

API-nin məlumatına əsasən iyulun 22-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 4 milyon barel azalıb. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1 milyon barel azalacağını güman edirlər.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …