Bazar , 19 Yanvar 2025
Drone Cameras

Neft gözlənilən tədarük problemləri ilə əlaqədar bahalaşır

Dünyada neftin qiyməti 8% yüksəlib, tədarük ilə bağlı narahatlıqlar səbəbindən kotirovkalar 2008-ci ildəki rekorda yaxın səviyyəyə çatıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu hərrac məlumatlarından görmək olar.

Saat 12:36-ya olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 7,72% artaraq bir barelə görə 127,23 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 7,21% bahalaşaraq 124,02 dollar/barelə çatıb.

Ötən gecə hərracların açılışından dərhal sonra “Brent” markalı neftin qiyməti qısa müddətə də olsa, 2008-ci il iyulun 16-dan bəri ilk dəfə bir barel üçün 139,13 ABŞ dollarına çatıb, WTI isə 22 sentyabr 2008-ci il tarixdən bəri ilk dəfə 130 dollar/barelə yüksəlib.

Qeyd edək ki, neftin bir barelinin maksimal dəyəri 2008-ci il iyulun 11-də qeydə alınıb: “Brent” markalı neft 147,5, WTI isə 147,27 ABŞ dollarına çatıb.

Check Also

Azərbaycan ötən il Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya təxminən 12,9 milyard kubmetr qaz ixrac olunub. Boyukmillet.com xəbər verir ki, bunu energetika …