Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Neft qiymətləri tərəddüd edir

Dünya bazarında neft qiymətləri bu günkü artımdan sonra yenidən azalıb.

Boyukmillet.com xəbər verir ki, Bakı vaxtı ilə saat 15-ə olan vəziyyətə görə “Brent” markalı neftin fevral fyüçersləri 0,05 faiz bahalaşaraq 75,19 ABŞ dollarından, “WTI” markalı neftin yanvar fyüçersləri isə 0,14 faiz ucuzlaşaraq 71,57 dollardan satılıb.

Günün birinci yarısında isə hər iki marka müvafiq olaraq 1,34% və 1,28% bahalaşmışdı.

Ekspertlərə görə, koronavirusun “omikron” növünə dair şübhələrin səngiməsi neft bazarında “bədbinliyi” dəf edib. Bununla yanaşı, bazar iştirakçılarının diqqəti bu gün açıqlanacaq OPEC+ hesabatına yönəlib.

Check Also

Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? – MÜHÜM AÇIQLAMA

Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft …