Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Neft ucuzlaşıb

Dünya bazarında neft qiymətləri Amerika Neft İnstitutu (API) ABŞ-da həftəlik kommersiya ehtiyatlarının artımı ilə bağlı məlumatları açıqlanmasından sonra azalıb.

Sitat.info xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,16 % ucuzlaşaraq 1 bareli 83,97 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,17 % azalıb və 1 bareli 82,78 ABŞ dolları təşkil edib.

API məlumatına əsasən, ötən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları 4,1 milyon barel artıb.

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …