Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

“Neftçi” bilet sataraq, Qarabağ Dirçəliş Fonduna və “YAŞAT”a ianə edəcək

“Neftçi” klubu Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün bilet satışından əldə edəcəyi vəsaitin yarısını Qarabağ Dirçəliş Fonduna və “YAŞAT” Fonduna ianə edəcək.

Qarabağ Dirçəliş Fondundan  verilən məlumata görə, biletlər 13 iyul saat 10:00-dan satışa çıxarılacaq.

Qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.

Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılıb. “YAŞAT” isə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur.

Qeyd edək ki, iyulun 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” matçı saat 21:00-da başlanacaq. İlk oyunda Azərbaycan komandası qalib gəlib – 2:1.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …