Bazar , 11 Yanvar 2026
Drone Cameras

“Neftçi”nin yeni baş məşqçisi köməkçilərindən ikisini açıqlayıb

“Neftçi” futbol komandasının yeni baş məşqçisi Elxan Abdullayev köməkçilərindən ikisini müəyyənləşdirib.

Bu barədə “Report”a yaşlı mütəxəssisin özü açıqlama verib. 

O, “İnter”lə Azərbaycan Premyer Liqasının V tur matçına komandanı İqor Getman və qapıçılarla işləyən məşqçi Dmitri Kramarenko ilə birgə hazırlaşdıracağını bildirib. 46 yaşlı mütəxəssis məşqçilər korpusunun tam tərkibinin gələn həftə müəyyənləşəcəyini vurğulayıb. 

Qeyd edək ki, İqor Getman bunadək “Neftçi”nin U-19 komandasının məşqçisi olub. Dmitri Kramarenko isə əvvəlki baş məşqçilərlə də birgə çalışıb. “İnter”lə görüş sentyabrın 18-də “İnter Arena”da olacaq. 

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir