Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyəli azarkeşlər Ukraynada döyülüb

Türkiyənin “Fənərbağça” klubunun azarkeşləri Avropa Liqasının qrup mərhələsində Ukrayna “Zarya”sı ilə baş tutmuş görüşdən əvvəl döyülüb. 

 

“Report”un məlumatına görə, hadisə Odessada baş verib.

Türkiyəli azarkeşlərin olduğu restorana xeyli sayda maskalı şəxslər daxil olub. Onlar bir azarkeşin üzərinə benzin töküb yandırmaq istəyiblər. Lakin alışqanın işə düşməməsi faciəni əngəlləyib. Buna baxmayaraq, qonaq azarkeşlər döyülüb və ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qarşıdurmalar türkiyəli azarkeşlərin olduğu Ukraynanın digər bölgələrində də yaşanıb. Hadisədən sonra polis 3 yerli azarkeşi saxlayıb.  

Qeyd edək ki, “Zarya” – “Fənərbağça” oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir