Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Neftin qiyməti düşüb

Neftin qiyməti, təqribən, 2% düşüb. İnvestorlar resessiyanın baş verməsi ehtimalından narahatdırlar.

Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,92% ucuzlaşaraq 1 bareli 109,59 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 2,17% aşağı düşərək 1 bareli 103,89 ABŞ dolları təşkil edib.

Mərkəzi bankların uçot dərəcələrini artırmasının dünya iqtisadiyyatında resessiyaya gətirib çıxaracağı və enerji resurslarından istifadənin azalmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar neft qiymətlərinə təsir edir.

Bundan Amerika Neft İnstitutu (API) ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı məlumatları açıqlayıb. Məlumata görə, iyunun 17-dək olan həftə ərzində ABŞ-da neftin strateji ehtiyatları 5,6 milyon barel artıb, analitiklər isə 1,4 milyon barel azalmanın qeydə alınacağını gözləyirlər.

Check Also

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel qiymətləndirilir

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil …