Cümə , 12 Dekabr 2025
Drone Cameras

Niderlandda Azərbaycanla bağlı xəbər saytı fəaliyyətə başlayıb

Niderlandda bu ölkənin oxucularını Azərbaycanda baş verən hadisələr və xəbərlər haqqında məlumatlandıracaq holland dilində “karabach24.nl” xəbər saytı fəaliyyətə başlayıb.

Bu barədə Azərbaycanın Haaqadakı səfirliyindən məlumat verilib.

Elektron qəzet Niderland vətəndaşı olan soydaşlarımız tərəfindən yaradılıb. Burada gündəlik olaraq Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında baş verən ən mühüm hadisələr haqqında oxuculara məlumat veriləcək. “Analitika” və “Müsahibələr” kimi xüsusi rubrikalarda azərbaycanlı və xarici ekspertlərin məqalələri dərc olunacaq.

“Qarabağ” rubrikasında isə Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma, bərpa işləri və sosial-iqtisadi inkişaf prosesləri ilə bağlı materialların yerləşdirilməsi nəzərdə tutulur. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Qarabağ bölgəsinin tarixi və mədəni irsi ilə bağlı materialların hazırlanması üçün “karabach24.nl” xəbər saytına informasiya dəstəyi göstərəcək.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …