Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Nigeriya sahillərində tankerdə partlayış zamanı 10 nəfər həlak olub

Nigeriya sahillərində yükgötürmə qabiliyyəti 2 milyon barel olan tankerdə baş verən partlayışda 10 nəfər həlak olub.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, partlayış Niger çayının Eskravos terminalının yaxınlığındakı Ukpokiti neft yatağının ərazisindəki “Trinity Spirit” tankerində baş verib.

Ölənlərin hamısı gəminin ekipaj üzvləridir. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Gəmidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …