Nigeriyanın iri şəhərlərində inflyasiyaya qarşı etirazların səbəb olduğu iğtişaşlarda ölənlərin sayı 14 nəfərə çatıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Daha əvvəl “Daily Post” dörd nəfərin öldüyünü bildirmişdi.
Etiraz aksiyaları həm də yolların bağlanması, eyni zamanda, maliyyə institutlarının və digər müəssisələrin fəaliyyətinin dayandırılması, habelə dövlət və xüsusi mülkiyyətin talan edilməsi dağıdılması ilə müşayiət olunur.
İyulun əvvəlində Nigeriyanın ən böyük həmkarlar ittifaqları federal hökumətlə minimum əmək haqqı ilə bağlı razılığa gələ bilmədikdən sonra tətil etmək qərarına gəliblər. “Punch” nəşrinin daha əvvəl xəbər verdiyi kimi, hökumət rəsmiləri bu məbləği ayda 60 min nayr (təxminən 37 dollar) məbləğində müəyyənləşdirməyi təklif ediblər.