Bazar , 15 Noyabr 2026
Drone Cameras

Nikol Paşinyan: “Müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi”

“Müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib.

O, iclasın qapalı hissəsində Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib.

Baş nazir bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …