Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Nikol Paşinyan və Aleksandr Lukaşenko mübahisə ediblər

Lukaşenko: “Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”

Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində açıq şəkildə mübahisə ediblər.

Mübahisə Ermənistanın Baş nazirinin ölkə nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Aİİ-nin növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.

“Sizin nə probleminiz var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur? Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik. Biz bunu nəzərdən keçirəcəyik. Ola bilsin, televizor olmayacaq ki, uzaqdan danışa biləsiz”, – Lukaşenko deyib.

“Problem yoxdur”, – deyə, Paşinyan müzakirəni yekunlaşdırıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakı ilə Yerevan arasında Qarabağ münaqişəi ilə bağlı bəyanatından sonra Belarusla Ermənistan arasında münasibətlər pisləşib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Lukaşenkonun rəhbərlik etdiyi Belarusa səfər etməyəcəyini bildirib.

Belarus Xarici İşlər Nazirliyi vurğulayıb ki, o, Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil və “xarici oyunçular” Yerevanı Minsklə əlaqələri kəsməyə sövq edir.

Check Also

Ermənistanın sabiq prezident Robert Koçaryan baş nazirliyə namizədliyini açıqlayıb

Müxalif Ermənistan Alyansı parlament seçkilərində iştirak edəcəyini və sabiq prezident Robert Koçaryanın baş nazirliyə namizəd …