Cümə , 10 May 2024
Drone Cameras

Niyə Sumqayıtda QHT-lər əzilməlidirlər? – QHT SƏDRİ OD PÜSKÜRDÜ

3 həftə əvvəl Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbulunda olmuşam. Qəbula da 6 il sonra məcburi şəkildə düṣmüşəm. O da səyyar. QHT rəhbəri hamı ilə birlikdə qəbul olundu. Bunu qoyduq kənara…

Bu fikirləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında deyib.

“Məktubumun üstünü yanımda yazdı ki, təmin olunsun.  İşi tapşırdı Sumqayıt mənzil kommunal Istehsalat Birliyinin rəhbəri Hüseyn müəllimə.  O, da baş üstə dedi. 

Baxmayaraq ki, 1 aya az qalıb Hüseyn müəllim məni dəvət etmədi ki, gəlin danıṣaq. 

Mən dəfələrlə Hüseyn müəllimə elçi göndərdim ki, məsələni danışaq səs çıxmadı. 

Axır nömrəsini tapıb zəng etdim dedi ki, mən sahədə oluram. Vaxt edib danışarıq. Axır bu 1 aydan sonra mənə özü də yox, müavini bu yola verdi məktubu göndərdi.  Yaxşı bu hörmətsizliyi və tərbiyəsizliyi qoydum kənara. 

Danışanda deyirsiz ki, Azərbaycanda əlilliyi olan şəxslərə diqqət və qayğı dövlət səviyyəsində aparılır. 

Budur sizin diqqətiniz və qayğınız? 

Mən bu illər ərzində ancaq sizdən saymamazlıq görürəm və bizim təşkilat üzüvləri yer tapmır dərdini deməyə, kiçik çayxanaya yığışırlar. Haradadır o dövlətin qayğısı? Nə etməliyik ki, səsimiz eṣidilsin? 

Özümüzə qəsd etməliyik,  ya əllərimizdə şüarlar küçəyə çıxmalıyıq?

 Niyə Sumqayıta nəzarət olunmur? Niyə məni dövlətdən və hakimiyyətdən narazı salırlar? Mən də çıxıb haqqımı BMT dən və ya AŞPA dan istəməliyəm? 
Niyə doğruları görümsüz,  korluğa qoyumsuz özünüzü? 
Niyə məmur özünü şah kimi aparmalıdır. Səsimizi nə vaxt eşitmək istəyirsiz? 

Buna görə nə etməliyik? Mən öz şəhərimdən iyrənirəm, çünki bu şəhəri bir qrup məmur xarabaya çevirib. Mən hakimiyyətə yox dövlətə səslənirəm. Bu ölkə bizimdir. Dövləti formalaşdıran onu qoruyan vətəndaṣlardır. Biz varıq deyə sən də varsan. Vətəndaşına sahib çıxmaq sənin borcundur. Axı nə vaxta qədər bizi əzməlidilər? Bizi insan yerinə qoymamalıdılar? Niyə Sumqayıtda QHT-lər əzilməlidilər, onlara hörmətsizlik olunmalıdır. Bu qədər işləyən QHT-lər var onları yaxına buraxmırlar. Sumqayıt tədbirlərinə dəvət olunmurlar. Bundan sonra biz də vətəndaş cəmiyyəti olaraq sözümüzü deyəcəyik.

Susduq daha bəsdir!!
 

Xüsusi qeyd edim ki, qaydalara görə QHT rəhbəri səyyar qəbul olunmur. Çünki o bir nəfəri deyil, yüzlərlə insanı təmsil edir. İkinci əgər bir məktub hansısa quruma göndərilibsə o məktubu göndərən vətəndaş quruma dəvət olunmalıdır. Hüseyn müəllim düşünür ki, onun vəzifəsi ona hansısa statusu verir mənim üçün o sadəcə qulluqçudur. Lap Roma papasının bacısı oğlu olsun mənim uçun heç kimdir. İşini bilməyən şəxs vəzifədə ola bilməz. Sumqayıt dağ qanunları ilə deyil, ölkə qanunları ilə idarə olunmalıdır.”

Check Also

“Azərbaycanda insan hüquqları sahəsində problemlər var”

“Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlər var və bununla bağlı da beynəlxalq qurumlar tərəfindən …