Cümə , 19 Aprel 2024
Drone Cameras

Növbəti erməni həyasızlığı — Naxçıvan iddiaları

Yeni layihə çərçivəsində sərsəm erməni tarixinin saxta “faktları” oxuculara həm rus, həm də ingilis dilində təqdim edilir. 

Bu dəfə erməni propaqanda maşını Naxçıvanı 1828-ci ildə Rusiya imperiyasının tərkibində yaradılmış İrəvan Quberniyasının bir hissəsi kimi təqdim edir.

Ruben Şuxyan “Sputnik Armenia” üçün bu “tarixi faktı” açıqlayıb. O, iddia edir ki, Sovet İttifaqı dağıldıqdan sonra Qarabağın azad edilməsi qədim erməni torpağı Naxçıvan diyarının unudulması ilə nəticələnib. 1828-ci ildə Rusiya imperiyasının tərkibində erməni vilayəti yaradılanda təbii ki, bu sırf erməni inzibati-ərazi vahidinə Naxçıvan bölgəsi də daxil idi. 1849-cu ildən 1917-ci ilə qədər Naxçıvan İrəvan quberniyasının ayrılmaz parçası olub.

Müəllif bu sərsəm iddialarını səsləndirməklə qalmır, hələ həyasızcasına guya 1856-cı ildə Sankt-Peterburqda nəşr edilən xəritəni də təqdim edir. 

Xəritədə İrevan quberniyası təsvir edilir və əhali olaraq əsasən ermənilər göstərilir. Farslar və ləzgilər isə etnik azlıq kimi təqdim edilir. “Şəhərlər” bölməsində isə quberniyanın beş şəhəri verilib. İrəvan-Yerevan, Aleksandropol-Gümrü, Naxçıvan-Ermənistanın qədim paytaxtı, Ordubad, Yeni Bəyazıt-Qavar. Eyni zamanda xəritədə qədim erməni əyaləti Surmalu da verilib. Surmalu əyaləti 1921-ci ildə Türkiyənin ərazisinə qatılıb və İğdır adlandırılıb.

1918-1920-ci illərdə Naxçıvan artıq birinci Ermənistan Respublikasının tərkibində olub. Amma bölgədə siyasi vəziyyətin pisləşməsi Atatürkün Leninlə yaxınlaşması ilə nəticələndi və bu da Naxçıvanın taleyinə təsir etdi. 1923-cü ildə bu erməni torpağı muxtar vilayət kimi yeni yaranmış Azərbaycan SSR-in tərkibinə qatıldı.

Göründüyü kimi, erməni həyasızlığı hələ də davam edir, Qarabağ, Zəngəzur, Dərələyəz, İrəvan, Sisyan, Meğri kimi qədim Azərbaycan torpaqlarına iddiadan əlavə bu gün haylar artıq Naxçıvana və İğdıra da iddia edirlər. ( ölke.az )

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir