Cümə , 19 Aprel 2024
Drone Cameras

Novruz bayramına kimi dərslər dayandırılsın – TƏKLİF

“Bu günə olan məlumata görə, Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Artıq 1 nəfərdə koronavirus tapılıb, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb. Bu rəqəmlər hər gün artır. Odur ki, bir daha təklif edirəm ki, baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın. Bununla əlaqədar olaraq buraxılan dərslər buraxılan tədris ilinin sonuna əlavə olunsun”.

Bu barədə ABŞ-da pedaqoji fəaliyyətlə məşğul olan tanınmış iqtisadçı-alim Qubad İbadoğlu öz “Facebook” hesabında paylaşım edib.

Qubad İbadoğlu yazıb ki, bu müddət ərzində məktəblər sanitar gigiyenik ekspertiza keçirilsin, dezinfeksiya olunsun, onların su təminatı yaxşılaşdırılsın, tualetlər təmir edilsin və ya yenidən qurulsun, əl yumaq yerləri sabun və digər gigiyenik vasitələrlə təchiz edilsin, qurulayıcı vasitələr quraşdırılsın, sanitar-gigiyenik tələblərə dair posterlər nəşr edilib, siniflərdə yerləşdirilsin, müəllimlər təlimlərə cəlb edilsin: “Qanuna görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir”.

İqtisadçı hamını Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə kütləvi xəstəlik ehtimalının yüksək olması səbəbindən qabaqlayıcı tədbir kimi baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılması ilə əlaqədar müraciət etməyə səsləyib.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …