Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Noyabr ayından yalnız bu şəxslər ABŞ-a səfər edə biləcək

“Gələn aydan (noyabr – Red) ABŞ-a yalnız Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ya Ərzaq və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq edilən dərmanlardan biri ilə peyvənd olunan vətəndaşlar daxil ola biləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qərar noyabrın 8-dən qüvvəyə minəcək: “Bu vaxta qədər ABŞ-a səfər etməyi planlaşdıran vətəndaşların COVID-19-a qarşı tam peyvənd olunması lazımdır”.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …