Cümə axşamı , 2 May 2024
Drone Cameras

Noyabrın 10-da Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilmişdir

İclasda İcmanın Media Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri barədə VisionTV-nin baş redaktoru Şöhrət Eldəniz, İcmanın yeni xəbər saytının hazırlanması ilə bağlı İcmanın şöbə müdiri Qalib Qasımov ətraflı məlumat vermişlər.

İcmanın şöbə müdiri Miraslan Bəkirli Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarına səfəri və həmin rayonlarda məskunlaşmış Qərbi Azərbaycan qaçqınları ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Məsələlər ətrafında müzakirələrdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın Aparat rəhbəri Abduləli Həsənov, İcmanın şöbə müdirləri Qalib Qasımov, Miraslan Bəkirli və İcmanın Aparat əməkdaşları iştirak etmişlər.

Müzakirə olunan məsələlərlə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …