Cümə , 26 Aprel 2024
Drone Cameras

Nüsrət Məmmədov: “Bu da bizim düşmənlərimizə fondun növbəti zərbəsi olacaq”

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov bizimlə söhbətində bu sahədə işlər görüldüyünü vurğuladı. Onun bildirdiyinə görə, çap etdikləri yeni kitab erməni separatizminə qarşı yönəlib: “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu düşmənlərə növbəti zərbə vurdu. Belə ki, “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabı qırğız dilinə tərcümə olunub. Kitabın müəllifi Azərbaycan Respublikası PA İctimai-siyasi şöbəsinin sektor müdiri, politologiya üzrə fəlsəfə doktoru Qafar Əliyevdir. Kitabda ulu öndərimiz Heydər Əliyevin apardığı xarici və daxili siyasətdən, xaricdəki Azərbaycan diasporlarına verdiyi önəmdən geniş söz açılır. Ulu öndərin layiqli davamçısı İlham Əliyev haqqında, onun apardığı uğurlu siyasət, respublikanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər haqqında kitabdan geniş məlumat almaq mümkündür. Azərbaycanın həqiqi dostları, rusiyalı tarixçi-alim Oleq Kuznetsov haqqında, şair, ictimai xadim Aleksandr Fomenkov haqqında, moldovalı ombudsman Aureliya Qriqoriu haqqında geniş yazılar kitabda yer alıb. Ulu öndərimizin apardığı diaspor siyasətinin nəticəsidir ki, aktiv Azərbaycan diasporları Azərbaycanın həqiqi dostlarına təzyiqlər olan zaman onların müdafiəsinə qalxmışdılar. Kitabı qırğız dilinə şair-tərcüməçi Mukan Asanaliyev tərcümə edib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın rus və qırğız dillərində nəşri nəzərdə tutulur. 104 kitabı öz maliyyəsi ilə tərcümə və nəşr etdirən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yayacaq. Rus və qırğız dillərində ayrı-ayrı kitab şəklində nəşr olunacaq. Əlbəttə, kitabın tərcüməsi və nəşri erməni dəyirmanına su tökənləri qıcıqlandırmaya bilməz. Bu da bizim düşmənlərimizə fondun növbəti zərbəsi olacaq”. N.Məmmədov qeyd etdi ki, indiyə qədər qırğız dilinə tərcümə etdirdikləri kitablar arasında Qarabağ problemi ilə bağlı nümunələr, nəşrlər də az deyil: “Tərcümə və çap etdiyimiz kitabların içində Qarabağ mövzusunda olan nəşrlər də çoxdur. 2009-cu ildə Prezidentimiz İlham Əliyevlə görüşəndə Qırğızıstan parlamentinin o vaxtkı birinci vitse-spikeri xanım Çolpon Bayekova dedi ki biz Azərbaycanın başına gətirilən bəlaları bu kitablardan oxumuşuq. 2009 cu ildə bizim nəşr etdirdiyimiz kitaba görə Ermənistan XİN i Qırğızıstan XİN nə nota vermişdi. Kitabı ingilis və rus dillərində nəşr etdirmişdik. Kitabın rusca adı “исторические факты о деяниях армян на Азербайджанской земле», Azərbaycanca adı “Ernənilərin Azərbaycan torpaqlarında törətdikliri vəhşiliklər tarixi faktlarla”. AMEA tarix institutunun müəlliflər qrupunun materialları kitabda yer alıb. Prezidentimiz İlham Əliyevə Çolpon Bayekova həmin kitaba və Ramiz Mehdiyevin “Реалии геноцида азербайджанцев» kitabına görə demişdi ki biz Azərbaycanlıların başına gətirilən bəlaları bu kitablardan oxumuşuq. Bu sözlər cənab Prezldentin çox xoşuna gəlmişdi. Biz həmin kitabları Azərbaycanın o vaxtkı Qırğızıstandakı səfiri Arif Ağayevlə Qırğızıstan Parlamentinin bütün üzvlərinə siyahı ilə imzaladaraq vrrmişdik. Bizim öz saytımız da var. turktoday.info Həmin sayta bir sıra kitabları yükləmişik. Maraqlananlar heç bir məhdudiyyət qoyulmadan kitabları yükləyib oxuya bilər. Kitablar saytın “biblioteka” bölməsinə yerləşdirilib. Müxtəlif dillərə tərcümə olunan kitablardır. Dili seçərək həmin dildə olan kitabları bütün maraqlananlar oxuya bilər. Xanım Ç. Bayekova bizim nəşr etdiyimiz məhz bu kitabları nəzərdə tururdu. Biz bu sahədə xeyli işlər görmüşük. Məsələn, “Xoca” filmini, “Ruhum Qarabağdandır” filmini qırığız dilinə tərcümə etdirib dublyaj etmişik. Bu işə yavaş-yavaş qırğız ədiblərini, alimlərini, mütəxəssislərini də cəlb edirik. Kitablara ön söz yazdırırıq, Qırğızıstan mətbuatında rəy yazdırırıq. Məsələn, professor K.Mambetaliyev Qırğızıstanın ən nüfuzlu qəzeti olan “Veçerniy Bişkek” qəzetində rəy yazmışdı. Qeyd edim ki, qırğızlara qarşı 1916-cı ildə soyqırım törədilmişdi. Bir neçə gün öncə Prezident Almazbek Atambayev həmin tarixi əbədiləşdirdi. Keçən il biz 1916-cı il soyqırımı haqqında böyük bir kitabı Azərbaycan dilinə tərcümə etdirdik. Yəni bizim gördüyümüz işlər çoxşaxəlidir. Ermənilərə qarşı qondarma “soyqırımı” təkzib edən “Admiral Bristolun raportları- faktların dili ilə” kitabını qırğız dilinə tərcümədən sonra nəşr edib pulsuz yaydıq. Bizim tərcümə və nəşr etdirdiyimiz bütün kitablar pulsuz yayılıb. Bu haqda kitabların içində məlumat var. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını ilk dəfə biz başqa dilə – rus, ingilis və qırğız dillərinə tərcümə etdirib, nəşr edib yaymışıq. Görülən işlərin ən başlıcası o oldu ki, 2008-ci ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovu Bakıya gətirib Xocalı soyqırımı abidəsinə əklil qoydurdum”. N.Məmmədov Qarabağ problemi barədə məlumatları yaşayıb fəaliyyət göstərdiyi ölkədə ən müxtəlif vasitələrlə yayacaqlarını, bu sahədə yeni nəşrlər ərsəyə gətirəcəklərini vurğuladı.

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir