Boyukmillet.com xeber verirki İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu çox biabırçı bir haldır: “Nurlana Əliyeva həmin universitətə rəhbər təyin ediləndən sonra biz BSU-nun adının yalnız qalmaqallarda hallandığını görürük. Əvvəl universitetin binasının fasadında olan tarixi mozaikanı sökdülər. Sonra başqa neqativliklərin ictimailəşməsinin şahidi olduq. İndi də bu məsələ. Mən bir neçə dəfədir universitetin adı hallanan hansısa məsələyə reaksiya verdiyinin şahidi oluram. Təhsil müəssisəsinin adından yayılan həmin məlumatlarda səhvin etiraf olunması əvəzinə, jurnalistlərə hədə-qorxu gəlinir, kimlərinsə guya belə məlumatları məqsədli yazdığına dair rəy formalaşdırmağa çalışılır. Siz bu məsələ ilə bağlı onların adından yayılan məlumata baxın. Az qalırlar yazalar ki, əcəb etmişik. Gah yazırlar ki, müsabiqədə iştirak edən əcnəbi tələbələr olub, gah da Primakovun böyük dövlət adamı olduğunu qeyd etməklə özlərinə haqq qazandırmağa çalışırlar. Götürək ki, esseni yazan əcnəbilərdir. Yaxşı, müsabiqə harada keçirilib? Nurlana Əliyeva niyə buna icazə verib? Ya bilərəkdən edib, ictimai rəyi heç saymayıb, ya da tariximizi yaxşı bilmir. Yoxsa belə etməzdi. Hər iki hal bizim üçün acınacaqlıdır. Mən bunu pisləyirəm və bağışlanmaz səhv sayıram. Hesab edirəm ki, baş vermiş bu hadisədən sonra Nurlana xanım istefa verməlidir. Yoxsa, üzürü günahından betər mövqe ifadə etməklə cəmiyyəti qıcıqlandırmaq olmaz”.
Məhəmmədəli QƏRİBLİ