“Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirib.
Boyukmillet.com xəbər verir ki, Ukrayna və Azərbaycanın Dövlət himnlərinin səslənməsindən sonra tədbiri giriş sözü ilə açan soydaşımız Fazil Əsgərov Ulu Öndər Heydər Əliyevin həyat yolundan və Azərbaycan xalqının taleyində qoyduğu izdən danışıb.
Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların, eləcə də Ukraynadakı müharibədə canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Rövşən Quliyev sonra Heydər Əliyevin Azərbaycanın ən çətin vaxtlarında hakimiyyətə qayıtdığını, milli birliyi təmin etdiyini diqqətə çatdırıb. edib. Rövşən Quliyev, həmçinin tədbirin iştirakçıları olan hacı Namiq, professor Mətin Quliyev, Əbülfət Əliyev, Nadir Babayev və digərləri məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1980-ci illərdə Odessaya təhsil almağa gondərildiklərini vurğulayıblar.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Daha sonra çıxış edən Əbülfət Əliyev və Anar Natiqoğlu Ulu Öndərin Ukrayna dövləti və xalqı ilə münasibətlərə xüsusi önəm verdiyini, bu ölkədəki diasporun fəaliyyətinə daim dəstək olduğunu vurğulayıblar.