Cümə , 13 Noyabr 2026
Drone Cameras

Ofisiantların ölümü ilə bağlı hadisədə- Hökm oxundu

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən “Lake Hotel”in icarədarı Ağasif Verdiyevin məhkəmə araşdırması başa çatıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən A.Verdiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hotel icarədarı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Elektrik cərəyanı vurması nəticəsində “Lake Hotel”də işləyən 4 ofisiant həyatını itirib, onlardan böyüyünün 27, kiçiyinin isə 18 yaşı olub. Sonradan məlum olub ki, ofisiantların ölümünə səbəb olan elektrik xətti Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailəsinin bağına gedirmiş./Qafqazinfo.az/

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …