Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Oğuzda kişi ov zamanı xəsarət alıb

Oğuzda kişi ov zamanı xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, fevralın 1-də rayonun Dəymədağlı kəndi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən Bərdə rayon sakini Hüseyn Cavadovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən Habil Abdullayevin xəsarət alması müəyyən olunub.

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hüseyn Cavadovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …