Bazar , 24 Noyabr 2024
Drone Cameras

“Ölkəmizlə əməkdaşlıq güc mərkəzləri üçün faydalı və cəlbedicidir”

“Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda tarixi məsələr, yeni geosiyasi reallıqlar və postmüharibə dövrü prosesləri ilə əlaqədar çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Dövlət başçısı Azərbaycanın qətiyyətli və ədalətli mövqeyini bir daha diqqətə çatdırdı”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə, ölkə rəhbərinin diqqət yetirdiyi aktual məsələlərdən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşdırılması oldu: 

“Bu, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq baxımından ən aktual və zəruri məsələdir. Azərbaycan şərtlərini bəyan edib – 5 baza prinsipini diqqətə çatdırıb. Ərazi bütövlüyü əsas şərt və prinsipdir. Sülh gündəliyi bu prinsiplər əsasında müzakirə edilir. Eyni zamanda, beynəlxalq ictimaiyyət postmüharibə gerçəkliklərini – yeni geosiyasi reallıqları qəbul edib. Avropa İttifaqı, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya və digər ölkələr, təşkilatlar prosesi dəstəkləyirlər. Ən əsası, rəsmi Bakının mövqeyi həlledicidir”. 

Deputat deyib ki, konfransda fəal müzakirə olunan məsələlərdən biri Azərbaycanın etibarlı və perspektivli tərəfdaş imici oldu. “Həqiqətən də, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan inam və etimad ünvanıdır. Azərbaycana etibar edirlər, çünki ölkə Prezidentinin sözü imzası qədər keçərlidir. Ölkəmizlə əməkdaşlıq güc mərkəzləri üçün faydalı və cəlbedicidir. Bu, birmənalı şəkildə ifadə olunur. Bu gün regional təhlükəsizlik mühiti Azərbaycan tərəfindən dizayn edilir – Bakı bölgədə yeni nizam yaradır” ,-deyən F.Yıldırım əlavə edib ki, sözügedən konfrans həm Azərbaycan reallıqlarının bir daha dünya ictimaiyyətinə çatdırılması, həm də bölgənin geostrateji mənzərəsinin təqdimatı baxımından faydalı və önəmli oldu.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …