Cümə , 26 Aprel 2024
Drone Cameras

Oqtay Şirəliyev baş həkimi işdən çıxardı

Səhiyyə naziri Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb.

Boyukmillet.com-un xəbərinə görə, O.Şirəliyevin əmri ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının baş həkimi Fərəcov Cavanşir Bəşir oğlu vəzifəsindən azad olunub. Onun yerinə isə Salman Əliyev təyin olunub.

Qeyd edək ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev işdən çıxarıldığı zaman Cavanşir Fərəcov bir günlük onun yerinə təyinat almışdı. 

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …