Bazar , 19 May 2024
Drone Cameras

Ötən ilin 11 ayında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 8 % artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 110,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalında 6 %, kimya sənayesi məhsullarının istehsalında isə 2,7 % artıb.

Eyni zamanda rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 61,5 %, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 43,3 %, lak-boya məmulatlarının istehsalı 15,8 % artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35 % azalıb.

Check Also

“Rusiya-Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

“KazanForum 2024″ beynəlxalq iqtisadi forum çərçivəsində, “Rusiya-Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi” …