Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Özbəkistan Prezidenti: “Heydər Əliyevin ən böyük arzusu ərazi bütövlüyünün bərpası idi”

“Heydər Əliyev böyük Səməd Vurğunun ölməz misralarını tez-tez təkrarlayardı: “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”. Buna görə də Heydər Əliyevin adı və obrazı bütün dünyada Azərbaycan xalqına xas olan bütün xeyirxah və nəcib keyfiyyətlərin rəmzi kimi qəbul edilir”.

Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə Heydər Əliyev Meydanının açılışında söyləyib.

“Ölkə həyatının ən dramatik dövründə Prezident seçilmiş Heydər Əliyev sülhə və sabitliyə, vətəndaş həmrəyliyinə nail oldu, bir çox onillik irəlicədən müasir Azərbaycanın inkişaf vektorunun əsasını qoydu, iqtisadiyyatı, elmi, təhsili əsaslı şəkildə irəlilədə bildi, milli dəyərlərin dirçəldilməsinə, Azərbaycan xalqının tolerantlıq ənənələrinin möhkəmlənməsinə şərait yaratdı. Nisbətən qısa müddətdə ölkədə yeni sahələr yaradıldı, onlarca iri zavod və fabrik tikildi, yüzlərlə məktəb, kitabxana, mədəniyyət sarayı və muzeylər açıldı. Azərbaycan sürətlə inkişaf etməyə başladı, demokratik hüquqi dövlət quruculuğu yoluna qədəm qoyaraq beynəlxalq arenada layiqli yer tutdu, yüksək nüfuz və hörmət qazandı”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev əsl vətənpərvər idi və onun adının özü rəmzi məna daşıyır: “Məlum olduğu kimi, Heydər “bələdçi” deməkdir. O, həqiqətən öz xalqının bələdçisi, lideri idi. O, öz fəaliyyətində böyük şair və mütəfəkkir Nizami Gəncəvinin müdrik sözlərinə istinad edərək həmişə deyirdi: “Doğma torpağa sevgini özümə borc bilirəm”. Bu, onun həyatının mənası idi. Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …