Şənbə , 1 Aprel 2023

Pənah Hüseyn Prezident Administrasiyasına çağırılıb

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə P.Hüseyn özünün “Facebook” səhifəsində bildirib.

O qeyd edib ki, bu gün Administrasiyanın binasında PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağlı görüş olub.

AXP sədri görüşün təfərrüatını açıqlamayıb.

Check Also

“İran Fazil Mustafanı güllələməklə Azərbaycanı qorxu içində saxlamaq istəyir” – Güneyli şairdən hadisəyə REAKSİYA

Xəbər verdiyimiz kimi, martın 29-u axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. …