Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Pərviz Şahbazov Rusiya və İran nazirləri ilə üçtərəfli görüş keçirib

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinov və İranın energetika naziri Əli Əkbər Mehrabianın iştirakı ilə üçtərəfli görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüşdə ölkələr arasında enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib. Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Elektrik enerjisi dəhlizinin hər üç ölkə üçün əhəmiyyətli olduğu vurğulanaraq, layihənin texniki-iqtisadi əsaslandırması prosesinin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Layihənin texniki-iqtisadi əsaslandırmasına məsul şirkət “Monenco Iran”, eləcə də hər üç ölkənin energetika nazirlikləri və müvafiq enerji şirkətlərinin iştirakı ilə görüşün keçirilməsi təklif edilib.

Energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında ikitərəfli görüş də olub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığına, həmçinin “Xudafərin” və Qız Qalası” su elektrik stansiyaları layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Check Also

Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır

Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın …