Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Pakistan prezidenti: “Ermənistanı bir dövlət kimi tanımırıq”

Pakistan prezidenti Arif Alvi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan prezidentinin salamlarını A. Alviyə çatdırıb.

Azərbaycanın Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pakistan Prezidenti A. Alvi öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib. Pakistan Prezidenti dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər əlaqələrin daha da inkişafının zəruriliyini bildirib.
Prezident A. Alvi Pakistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və məsələnin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir