Şənbə , 28 Mart 2026
Drone Cameras

Pakistan səfiri: “Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi”

“Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi”.

Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Xai ölkəmizin Vətən müharibəsində qələbəsinin ildönümü ilə bağlı açıqlamasında deyib.

“Bu, qeyri-qanuni işğalın uzun müddət davam edə bilməyəcəyinə və gec-tez işğalçının reallıqla üz-üzə qalacağına sübut idi”.

Səfir vurğulayıb ki, bu tarix Pakistanda da qeyd olunur:

“Azərbaycan bayraqları Pakistanda dalğalanır. Pakistan hökuməti və xalqı bu əlamətdar gündə bütün Azərbaycan xalqına uğurlar arzulayır. Pakistan bundan sonra da Azərbaycanın sülhün, sabitliyin təşviqi istiqamətində səylərini dəstəkləyəcək. Yaşasın Pakistan-Azərbaycan dostluğu!”.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …