Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Pakistanda 6 yaşlı qızı “zorlayıb öldürənə” 4 ölüm cəzası kəsilib

Pakistan məhkəməsi ötən ay 6 yaşlı qızı zorlayıb öldürməkdə ittiham edilən 24 yaşlı İmran Əliyə 4 ölüm cəzası kəsib.

Qaldığı evinin yanındakı ərazini naməlum şəxslə tərk edən Zeynəb Ənsarinin cəsədi hadisədən bir neçə gün sonra şəhər zibilxanalarının birində aşkar olunmuşdu.

Yerli sakinlər polisi yararsız istintaq və cinayətə ləng reaksiya verməkdə qınayırlar.

Şənbə günü Pəncab əyalətində işini yekunlaşdıran məhkəmə iclası sərt təhlükəsizlik şəraitində keçirilib. Hökmün elanını dinləyənlər arasında qətlə yetirilən qızın atası da var idi.

Hökmün elanını dinləyənlər arasında qətlə yetirilən qızın atası Emin Ənsari də var idi.
İmran Əli ən azı bir ildən artıq müddət ərzində başqa qızlara qarşı da təcavüz və qətllərdə ittiham olunur.

Məlumata görə məhkum günahını etiraf edib. İmran Əliyə verilən ölüm cəzaları qətl, zorlama, adam oğurlama və terrorçuluqla bağlı maddələrə əsaslanır.

İmran Əli digər cinayətlərə görə bir daha məhkəmə qarşısına çıxarılacaq, prokuror Ehtişam Qadir Şah Reuters xəbər agentliyinə bildirib.

Qızın ölümü ilə bağlı xəbər onun doğma Kasur şəhərində və ölkə boyunca hüquq mühafizə orqanlarının işindən narazı etirazçıların çıxışlarına təkan verdi.

Nümayişlər vaxtı baş verən toqquşmalar iki nəfərin ölümü ilə nəticələndi (BBC).

http://www.bbc.com/azeri/international-43097651

Boyukmillet.com

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir