Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Pakistanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi açıqlanıb

Bu günə qədər Pakistanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi 4,2 milyon ABŞ dolları dəyərindədir.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qeydiyyatdan keçən Pakistan şirkətlərinin sayı 2 238-dir.

Nazir müavini deyib ki, Azərbaycanla Pakistan arasında ticarət əlaqələri əməkdaşlığımızın əsasını təşkil edir: “Yüksək səviyyədə olan ticarət əlaqələri ikitərəfli münasibətlərin inkişafı üçün münasib şərait, imkan yaradır. Bizim əməkdaşlığımızın əsas istiqamətləri müdafiə, energetika, infrastruktur, İnformasiya texnologiyaları sahələridir.

2020-ci ildə həyata keçirilmiş işlər nəticəsində ölkələr arasında ticarət dövriyyəsi 9,6 milyon ABŞ dolları təşkil edib, 2021-ci ildə isə ticarət dövriyyəsi 2,5 dəfə artıb. Ümid edirik ki, bu göstərici artacaq. Çünki ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının geniş potensialı var”.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …