Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Pakistanın Baş naziri Əfqanıstanla bağlı dünya ictimaiyyətinə çağırış edib

Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəddəki gərginliklə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Boyukmillet.com-un xəbərinə görə, hökumət başçısı tviterdə yazıb ki, Əfqanıstanın müvəqqəti hökuməti belə hadisələrin təkrarlanmamasını təmin etməlidir.

“Əfqanıstan Sərhəd Qüvvələrinin Şamanda səbəbsiz yerə atəşkəsi pozması və nəticədə bir neçə Pakistan vətəndaşının ölməsi və yaralanması təəssüf doğurur. Bu, ən sərt qınaqlara layiqdir”, – o bildirib.

Qeyd edək ki, ötən gecə Əfqanıstan-Pakistan sərhədində Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında açılan atəş nəticəsində Pakistanın azı 6 vətəndaşı ölüb, 17 nəfər isə yaralanıb.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …